Modern.az

8 gün erməni girovluğunda qalan xocalılı qadın VƏFAT ETDİ 

8 gün erməni girovluğunda qalan xocalılı qadın VƏFAT ETDİ 

Allah rəhmət eləsi̇n

4 Avqust 2024, 23:33

Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalan Dürdanə Ağayeva vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

 

Bildirilib ki, D.Ağayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, səkkiz gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.

 

D. Ağayeva əsirlikdən sonra "Erməni zindanında səkkiz gün" kitabını yazıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi