Modern.az

Azərbaycan FİFA-nın reytinqində irəlilədi

Azərbaycan FİFA-nın reytinqində irəlilədi

Aktual

14 İyul 2016, 15:07

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.

Modern.az qurumun saytına istinadən xəbər verir ki, dünyanın 209 komandasının yer aldığı siyahıda Azərbaycan millisi ötən ayla müqayisədə  1 pillə irəliləyib.

Komandamız 253 xalla 137-ci pillədə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 28-ci, Çexiya 33-cü, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

Siyahıya Argentina başçılıq edir. Belçika ikinci, Kolumbiya üçüncüdür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı