Bir müddət öncə Türkiyədə dövlət çevrilişinə cəhd edənlərin tutduğu TRT binası azad olunub. Modern.az saytı xəbər verir ki, binada olan əsgərlər mülki vətəndaşlar tərəfindən tutularaq polisə təslim edilib. Bu arada TRT-də dövlət çevrilişinə cəhd edənlərin xalqa müraciətini oxumağa məcbur edilən aparıcı da azad olunub.
Yayılan məlumatlara görə, çevrilişə cəhd edənlərin girov götürdüyü Baş Qərargah rəisi artıq azad olunub.
Modern.az