Fətullah Gülənin əmlakına həbs qoyulub.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyə məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhd göstərməkdə ittiham olunan F.Gülənin əmlakına həbs qoyulması qərarını qəbul edib.
Bu qərarın təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, Fətullah Gülən və tərəfdarları iyulun 16-a keçən gecə Türkiyədə hərbi yolla dövlət çevrilişinə cəhd edib.
Ağa AKİFOĞLU