Modern.az

Almaniya İrana Bakıdan çağırış etdi

Almaniya İrana Bakıdan çağırış etdi

Aktual

Bu gün, 11:30

Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran rəhbərliyini danışıqlara vahid mövqe ilə gəlməyə və razılaşma üçün real iradə göstərməyə çağırıb.

Modern.az xəbər verir ki, Vadeful bunu Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat brifinqində deyib.

O bildirib ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Almaniya bu mövqeyi İstanbulda da ifadə edib və Berlində bir daha səsləndirmək niyyətindədir.

Vadefulun sözlərinə görə, hərbi gərginliyin artması regionla yanaşı, dünya iqtisadiyyatını və beynəlxalq nizamı yenidən sarsıda bilər. Nazir İran rəhbərliyinin Xəzər dənizi və Körfəz bölgəsi də daxil olmaqla daha geniş coğrafiyada gərginliyin artmasının qarşısını almaq üçün böyük məsuliyyət daşıdığını vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?