Almaniyanın xarici işlər naziri Yohan Vadeful Azərbaycanın Cənubi Qafqazda aparıcı rol oynadığını və Berlinin Bakı ilə əlaqələri gücləndirməkdə maraqlı olduğunu bildirib.
Modern.az xəbər verir ki, Vadeful bunu Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat brifinqində deyib.
Nazir Cənubi Qafqazı imkanlar regionu adlandırıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropada yaranan iqtisadi vəziyyət Almaniyanı əlaqələrini şaxələndirməyə və etibarlı tərəfdaşlar axtarmağa sövq edir. Vadeful Azərbaycanın bu tərəfdaşlardan biri olduğunu vurğulayıb.