Modern.az

Uşağı atasının maşınında isti öldürdü

Uşağı atasının maşınında isti öldürdü

Aktual

13 Avqust 2016, 11:42

ABŞ-ın Tesax ştatında bəxtsiz ata işə getməzdən əvvəl övladını uşaq bağçasına aparmağı yaddan çıxararaq onunla mağazaya girib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, sonradan heç nədən şübhələnmədən uşaqla birgə avtomobili dayancaqda saxlayaraq işə yollanıb.

 

Bir neçə saatdan sonra maşının yanına qayıdanda isə övladını ölmüş vəziyyətdə aşkar edib.

 

Məlum olub ki, körpə istidən dünyasını dəyişib.

 

Ştatın polisi hazırda baş verən faciə ilə bağlı araşdırma aparır.

 

Qeyd etmək lazımdır ki, ilin bu vədəsində Texasda havanın hərarəti 40 dərəcəyə çatır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı