Modern.az

Mərmini laqunda ilə kəsmək istədi, partlayışın qurbanı oldu

Mərmini laqunda ilə kəsmək istədi, partlayışın qurbanı oldu

Aktual

13 Avqust 2016, 11:46

Sumqayıtda həyətində tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.

 

Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.

 

Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 


Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı