Modern.az

Bakıda velosiped, Xaçmazda fındıq oğrusu tutuldu

Bakıda velosiped, Xaçmazda fındıq oğrusu tutuldu

Aktual

13 Avqust 2016, 13:26

Ötən gün Azərbaycanda oğurluqla məşğul olan bir neçə şəxs yaxalanıb.

 

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Çingiz İsmayılova məxsus həyətyanı sahədən 180 kiloqram fındıq oğurlamış Tel kənd sakini Elşən Əsədov saxlanılıb.

 

Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 11-də Bakı şəhər sakini Nəriman Quliyevə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Kabil Seyidov tutulub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı