Modern.az

Netanyahu: “İsrail və Azərbaycan arasında əla münasibətlər var”

Netanyahu: “İsrail və Azərbaycan arasında əla münasibətlər var”

Aktual

13 Dekabr 2016, 17:47

“Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycandan olan təqribən 70 min nəfər insan bizim ölkələri bir-birinə bağlayan körpüdür”.

Modern.az-ın İsrail KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Bakıda rəsmi işgüzar səfəri zamanı İsrail Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Baş nazir İsrail-Azərbaycan arasındakı əlaqələrdən də danışıb:

“Azərbaycan və İsrail arasında əla münasibətlər var”.

Netanyahu ikinci dəfə Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib.

O, Azərbaycan və İsrailin, eləcə də bu iki ölkənin xalqlarının bir-birinə ənənəvi dostluq əlaqələri ilə bağlı olduğunu diqqətə çatdıraraq  Azərbaycanda tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğunu əlavə edib.

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi