Modern.az

Xırdalanda silahlı insident

Xırdalanda silahlı insident

Aktual

31 Mart 2017, 01:43

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.  Modern.az "Report"a istinadən  xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı