Modern.az

Deputat prezidentə təşəkkür etdi: “Gördüyümüz işləri qiymətləndirir”

Deputat prezidentə təşəkkür etdi: “Gördüyümüz işləri qiymətləndirir”

Aktual

1 Aprel 2017, 17:14

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Vahid Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Bu haqda Modern.az-a danışan V.Əhmədov ölkə başçısına təşəkkür etdiyini bildirib.

“Sağ olsun cənab Prezident ki, gördüyümüz işləri qiymətləndirir”.

Qeyd edək ki, V.Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd kəndində anadan olub. O, hazırda Milli Məclisin deputatıdır, Azərbaycanın əməkdar mühəndisi, texnika elmləri doktorudur.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə