Modern.az

Ermənistanda polislə tələbələr toqquşdu: yaralananlar var

Ermənistanda polislə tələbələr toqquşdu: yaralananlar var

Aktual

15 Noyabr 2017, 12:47

Ermənistan parlamentinin binası önündə tələbələrlə polis arasında toqquşma baş verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tələbələr hərbi xidmətdən möhlət hüququnun ləğv olunmasına etiraz ediblər.

 

Tələbələr öncə parlamentin Dəmirçiyan küçəsi istiqamətində girişini bağlayıblar. Baqramyan küçəsi tərəfdən də analoji addım addım atmaq istəyən zaman polis aksiyaya müdaxilə edib. Yerevan polis idarəsinin rəis müavini, polkovnik Valeri Osipyan tələbələrdən ərazini dərhal tələb etməsindən sonra başlayan toqquşmalar bu saatlarda da davam edib.

 

Həbs olunan və yaralananların olduğu deyilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı