Modern.az

Dilqəmlə Şahbazın azad olunmamasının səbəbi açıqlandı

Dilqəmlə Şahbazın azad olunmamasının səbəbi açıqlandı

Aktual

28 Noyabr 2017, 13:21

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

 

E.Səmədovun sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)