Modern.az

Tələbələr Ekologiya Nazirliyinin  nümayəndələri ilə görüşdülər

Tələbələr Ekologiya Nazirliyinin  nümayəndələri ilə görüşdülər

Aktual

28 Noyabr 2017, 14:42

BDU-da  Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə Geologiya fakültəsinin IV kurs tələbələrinin  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji-kəşfiyyat Xidmətinin Geoloji İstehsalat  şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.

 

Universitetin Mətbuat və informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, adıçəkilən şöbənin rəis müavini Azadxan Səfərov istehsalat təcrübəsi , işəgötürmə haqqında ətraflı məlumat verib. 

 

Daha sonra Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji axtarış və kəşfiyyat ekspedisiyalarında tədris planına uyğun olaraq istehsalat təcrübəsinin keçirilməsi və yekun buraxılış attestasiyasından sonra işlə təmin olunmaları müzakirə edilib.

 

Görüşdə Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri Adil Xasayev, Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova,  dekan müavinləri iştirak  ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı