Modern.az

Röyanın dizayneri 80 min dollarlıq dələduzluqda ittiham olundu

Röyanın dizayneri 80 min dollarlıq dələduzluqda ittiham olundu

Aktual

29 Noyabr 2017, 18:55

İllərdir əməkdar artist Röya Ayxanla işləyən tanınmış dizayner Səbinə Hüseyn dələduzluqda ittiham olunur. 

 

Modern.az lent.az-a istinadən xəbər verir ki, dizayner 80 min dollar pulu mənimsəməkdə günahlandırılır.

 

S.Hüseynin günahı təsdiq olunsa, o, 7-12 ilədək azadlıqdan məhrum olunacaq.

 

R.Ayxan isə ötən gün “İnstagram” səhifəsində video-müraciət ünvanlayaraq, S.Hüseynlə əməkdaşlığına son qoyduğunu deyib:

 

“İstedadlı xanımlar, artıq 3 ildir ki, Səbinə xanımla çalışırdıq, yolları ayırdıq. Onu yola salırıq, Yeni gənclərə “xoş gəldin” deyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)