Modern.az

Yanğın Xaçmazda bir ailəni evsiz qoydu

Yanğın Xaçmazda bir ailəni evsiz qoydu

Aktual

29 Noyabr 2017, 22:30

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə yanıb.

 

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)