Modern.az

Türkiyədən Ermənistana təyyarə reysi açılmayacaq

Türkiyədən Ermənistana təyyarə reysi açılmayacaq

Aktual

30 Noyabr 2017, 21:26

"Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil". Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

 

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

 

Qeyd edək ki,  "Anadolu agentliyi"nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)