Modern.az

General zəhər içəndə hansı maddəni seçmişdi...  

General zəhər içəndə hansı maddəni seçmişdi...   

Aktual

2 Dekabr 2017, 14:46

Bosniya xorvatlarının sabiq generalı Slobodan Pralyakın ölümünə kalium sianid zəhərlənməsi səbəb olub.


Modern.az
xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Niderland prokurorluğu məlumat yayıb. Müstəntiqlər hazırda Pralyakın zəhəri necə əldə etdiyini, onu Haaqa tribunalının binasına necə gətirdiyini aydınlaşdırmağa çalışırlar.

 

Xatırladaq ki, 20 il həbs cəzasına məhkum edilən Pralyak apelyasiya şikayəti barədə Haaqa tribunalında dinləmələr zamanı nümayişkaranə şəkildə zəhər içib. Zəhər ürək çatışmazlığına səbəb olub və müttəhimin ölümü ilə nəticələnib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu