Modern.az

Şəkidə 4 yaşlı qız müəmmalı şəkildə öldü

Şəkidə 4 yaşlı qız müəmmalı şəkildə öldü

Aktual

3 Dekabr 2017, 18:50

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib. Modern.az  APA-ya istinadən xəbər verir ki, ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)