Böyük Azərbaycan şairi, istiqlal mwcahidi Xəlil Rza Ulutürkun "Şairin səsi" (“Azadlıq”) şeiri Şotlandiyanın Edinburq şəhərində yerləşən Şotlandiya Poeziya Kitabxanasında saxlanılır.
Bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
“Şotlaniyada yaşayan “Buta Azərbaycan-Şotlandiya Assosiasiyası”nın sədr müavini, siyasi analitik Fuad Ələkbərov Şotlandiya Poeziya Kitabxanası ilə əlaqə qurarkən ona muzeydən məlumat veriblər. Şeir ingilis dilinə Aynur Imecer tərəfindən 2008-ci ildə tərcümə olunub. Şeir və şair haqqında məlumat muzeyin rəsmi saytında da (//www.scottishpoetrylibrary.org.uk/poetry/poems/poets-voice) yerləşdirilib.
Hazırda Fuad Ələkbərov gələcəkdə başqa ədiblərimizin şeirlərinin muzeyə təqdim olunması ilə bağlı danışılar aparır”,-E.Eltürk vurğulayıb.
QEYD: Şotlandiya Poeziya Kitabxanası 1984-cü ildə şairə Tessa Rensford tərəfindən qurulub. Hal-hazırda muzeydə Şotlandiya və beynəlxalq poeziyasına aid olan 30.000 əsər saxlanılır. Kitabxanada Şotlandiyanın üç yerli dilində (Şotland kelt, şotland german və ingilis dillərində) materiallar mövcuddur.