Modern.az

40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

Aktual

12 Dekabr 2017, 16:53

Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsinin məlumatında deyilir.

 

2015-ci ildə 178 964 nəfər xarici vətəndaşa yaşayış üçün icazə verildiyi halda, 2016-cı ilin sonuna bu rəqəm 461 217 təşkil edib.
 

Ümumilikdə, 2005-2016-cı illər ərzində 55 983 İraq, 48 738 Suriya, 39 184 Azərbaycan, 24 253 Türkmənistan, 21 006 Rusiya vətəndaşı Türkiyədə yaşayış izni alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)