Modern.az

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq  

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq   

Aktual

12 Dekabr 2017, 17:04

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Modern.az xəbər verir ki, bu barədə “Azəravtoyol” məlumat yayıb.

 

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)