Modern.az

Azərbaycanda əhalinin təbii artımı ildə 1,2 faizdir  

Azərbaycanda əhalinin təbii artımı ildə 1,2 faizdir    

Aktual

25 Dekabr 2017, 12:06

“Azərbaycanda sosial müdafiə sisteminin təkmilləşdirilməsi daim ön plana çəkilib”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda əhalinin təbii artımı ildə 1,2 faizdir. Onun sözlərinə görə, ölkədə işsizliyə görə müavinətin verilməsi 3 dəfə artıb.

H.Rəcəbli əlavə edib ki, “Turizm haqqında” qanunun yenidən hazırlanması turizmin inkişafına şərait yaradacaq. “Təbii ki, bu da yeni iş yerləri deməkdir”,-deputat bildirib.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu