Modern.az

İstanbuldan Azərbaycana gələn avtobus aşdı: 30 yaralı

İstanbuldan Azərbaycana gələn avtobus aşdı: 30 yaralı

Aktual

25 Dekabr 2017, 12:15

Türkiyədən Azərbaycana gələn sərnişin avtobusu Qarsda aşıb.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

 

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

 

Yaralıların əksəriyyətinin Naxçıvandan olduğu deyilir. Onlar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)