Modern.az

Əhliman Əmiraslanov dünyanı narahat edən əsas problemlərdən DANIŞDI

Əhliman Əmiraslanov dünyanı narahat edən əsas problemlərdən DANIŞDI

Aktual

25 Dekabr 2017, 12:39

“Hər il dünyada 5 yaşına çatmayan 6 milyon uşaq ölür. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi dünyada ana və uşaq ölümünün aşağı salınmasına şərait yaradacaq”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Parlamentdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” adlı konfransda çıxış edərkən deyib.

Azərbaycan parlamentində əhalinin sağlamlığının qorunması istiqamətində son dərəcədə vacib qanun və proramların qəbul olunduğunu deyən Ə. Əmiraslanov söyləyib ki, ölkəmizdə sağlamlıqla bağlı əsas sənəd olan “Əhalinin sağlamlığı haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılır.

“Bundan başqa, ölkəmizdə digər əsas qanun “İcbari tibbi sığorta haqqında” qanun layihəsidir ki, bu layihəyə də dəyişiklik nəzərdə tutulub. Artıq iki rayonda bununla bağlı pilot layihə də həyata keçirilib. Qanuna ediləcək dəyişiklidə əhalinin 2019-cü ilədək icbari tibbi sığortası öz əksini tapıb. Ümumiyyətlə, ölkəmizdə əhalinin sağlamlığı ilə bağlı mühüm addımlar atılır”.

Komitə sədri qeyd edib ki, dünyda əsas məsələlərdən biri su çatışmazlığı, qlobal istiləşmə və digər məsələlərdir ki, bu istiqamətdə mühüm addımlar atılmalıdır.

“Ətraf mühitin qorunması, müxtəlifliyin mühafizəsi və digərləri gündəmdə olan məsələrdir. Güman edirəm ki, Milli Məclisin Səhiyyə Komitəsində əhalinin sağlamlığı ilə bağlı yeni qanunlar qəbul edilib, proqramlar hazırlanacaq. Bu gün Milli Məclisin təklifi ilə Prezidentin imzaladığı 12 dövlət proqramı həyata keçirilir. Bu proqramların əsasənda ağır xəstəliklərin müalicə və profilaktikası həyata keçirilir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu