Modern.az

Yanğında ağır xəsarət alanlar Bakıya göndərildi

Yanğında ağır xəsarət alanlar Bakıya göndərildi

Aktual

25 Dekabr 2017, 19:51

Ucarda evdə yanğın zamanı xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır. Modern.az xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.

 

 

Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)