Modern.az

Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Rusiyadan Azərbaycana 4 reys dayandırıldı

Aktual

25 Dekabr 2017, 20:02

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Red Wings” aviaşirkətinin Azərbaycana 4 marşrut üzrə uçuş icazəsini geri çağırıb. Modern.az  “Trend”ə istinadən xəbər verir ki, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

 

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Kazan-Bakı, Samara-Bakı, Voronej-Bakı və Ufa-Bakı reyslərinə icazə ləğv edilib.

 

Bu qərara icazənin daşıyıcı tərəfindən müstəqil şəkildə geri çağırılması səbəb olub.

Sizə yeni x var
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)