Modern.az

Bakıda 5 yaşlı uşağı maşın vurdu

Bakıda 5 yaşlı uşağı maşın vurdu

Aktual

27 Dekabr 2017, 11:58

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.

 

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı