Modern.az

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

“Dövlət qulluğu haqqında” qanun dəyişdirilir

Aktual

28 Dekabr 2017, 11:49

Dövlət qulluğunun xüsusi növünə qəbula bağlı qaydalara dəyişikliklər edilir.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanun 28-ci maddəsinin (Dövlət qulluğuna qəbul) 28.12-ci bəndinə dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına təyin olunan ticarət nümayəndələri vəzifələrinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir.

 

Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.

 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin dekabrın 29-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu