Modern.az

Azərbaycandakı xarici diplomatik korpusların sayı açıqlanıb  

Azərbaycandakı xarici diplomatik korpusların sayı açıqlanıb   

Aktual

28 Dekabr 2017, 12:22

“Bu il ərzində Azərbaycanda daha iki ölkənin səfirliyi açılıb. Bunlar  Peru və Kosta-Rika səfirlikləridir”.

Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Qurum rəsmisi bildirib ki, hazırda  Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş konsulluq fəaliyyət göstərir.

“2017-ci il ərzində isə Azərbaycanın Avstriya, Sudan və Cibutiyə fəxri konsulları, Efiopiyanın isə Azərbaycana fəxri konsulu təyin olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)