Bu gün axşam saatlarında Xudat şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, yük maşını (TIR) ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Xudat sakini ağır xəsarət alıb.
Bunlar 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu və 27 yaşlı Qəmrayev Elçin Zöhrab oğludur. Onlar Xudat şəhər Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, sonra onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan 21 yaşlı Qəmrayev Anar Xosrov oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında keçinib.
Faktla bağlı araşdırma davam etdirilir.