Modern.az

QHT və partiyalarda əlillərin fəaliyyətinə məhdudiyyət qoyulması qadağan edilir

QHT və partiyalarda əlillərin fəaliyyətinə məhdudiyyət qoyulması qadağan edilir

Aktual

25 Yanvar 2018, 15:15

Azərbaycanda əlillərin Qeyri-Hökumət Təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bu, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsində əksini tapıb.

Qanunun 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.

 

Qanun layihəsi parlamentin Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

 

Qeyd edək ki, bu məsələ hazırda tətbiq olunan qanunun 15 (Siyasi və ictimai həyatda müyəssərlik) maddəsi ilə tənzimlənir.

 

Maddənin 4-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir.

 

Burada məhdudiyyətin qoyulmaması məsələsi əksini tapmayıb. Yeni hazırlanan qanun layihəsi isə bunu tənzimləyir.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!