Modern.az

Yaşlı kişini vurub qaçan sürücü tutuldu

Yaşlı kişini vurub qaçan sürücü tutuldu

Aktual

3 Fevral 2018, 13:23

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, fevralın 2-də saat 7 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

 
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib.


Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü  -  Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

        
Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.         

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...