Modern.az

Pakistanda hərbi obyektə hücum: 11 ölü

Pakistanda hərbi obyektə hücum: 11 ölü

Aktual

3 Fevral 2018, 22:19

Pakistanda hərbi obyektə hücum olub.  Modern.az xəbər verir ki, hadisə ölkənin  şimal-qərbində yerlşən Hayber-Paxtunxva əyalətinin Svat rayonunda qeydə alınıb.

Məlumata görə, terrorçu-kamikadzenin hərbi obyektə hücum etməsi nəticəsində azı 11 nəfər ölüb. Xeyli sayda yaralı var.

Hücuma görə məsuliyyəti "Pakistan taliblərinin hərəkatı" öz üzərinə götürüb.

Ərazi polis tərəfindən mühasirəyə alınıb və digər terrorçuların axtarışı üzrə əməliyyat aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı