Modern.az

Qocalar evində baş verən yanğında 1 nəfər öldü

Qocalar evində baş verən yanğında 1 nəfər öldü

Aktual

4 Fevral 2018, 22:11

Böyük Britaniyada qocalar evində yanğın olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin Stiveneyc şəhərində qeydə alınıb.

 

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır.

 

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

Yanğının səbəbləri hələlik məlum deyil.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...