Modern.az

Şəmkirdə 24 yaşlı gəncin asılmış meyiti tapıldı

Şəmkirdə 24 yaşlı gəncin asılmış meyiti tapıldı

Aktual

5 Fevral 2018, 10:54

Şəmkir rayonunda intihar hadisəsi baş verib.

 

Trend-in məlumatına görə, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Tural Ələddin oğlu özünü yaşadığı evdə asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

 

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı