Modern.az

Azərbaycandan Monteneqroya birbaşa reys açıldı  

Azərbaycandan Monteneqroya birbaşa reys açıldı   

Aktual

7 Fevral 2018, 13:30

Azərbaycandan Monteneqroya birbaşa reyslər aparılacaq.

 

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək.

 

Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.

 

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

 

Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.

 

Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı