Modern.az

Qaxda 54 yaşlı qadın dəmirçilik edir - Video

Qaxda 54 yaşlı qadın dəmirçilik edir - Video

Aktual

8 Fevral 2018, 22:52

Atdan istifadə edənlər nə qədər azalsa da, nalbəndlik sənətini yaşadıb davam etdirənlər, bu peşəni gələcək nəslə ötürənlər hələ də var. Modern.az  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Qaxda yaşayan Xanlar Salahov nalbəndliklə məşğuldur və onun ən yaxın köməkçi həyat yoldaşıdır.

 

54 yaşlı Rübabə Salahova kişilər kimi dəmirləri döyür, əyir və digər agır işləri özü yerinə yetirir.

 

Usta Xanlar Salahov nal düzəltməyin asan olmadığını deyir. Çünki nalın mıxı bir balaca səhv gedərsə, atın ayağını zədələyə bilər.

 

Nalbənd deyir ki, ona müraciət edənlər getdikcə azalır. Əvvəllər həftə ərzində 10 at nallayırdısa, indi 1-2 at nallayır. Bu da atdan istifadənin azldığını göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı