Sabirabadda tarix müəllimi işləyən Musa Ələkbərov "Azərbaycan tarixi" dərsliyində səhv aşkarlayıb. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, VII sinif "Azərbaycan tarixi"ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, X sinif "Azərbaycan tarixi"ndə isə V əsrdə paytaxt olduğu yazılıb.
Məsələ burasındadır ki, VI sinif "Azərbaycan tarixi"ndə isə, ümumiyyətlə, Bərdənin adı çəkilmir.
X sinif "Azərbaycan tarixi" dərsliyinin müəlliflərindən biri olan Kamran Əsədovun sözlərinə görə, bu, ilk belə fakt deyil. VI-IX sinif Azərbaycan tarixləri ilə X sinif "Azərbaycan tarixi" arasında 82 fakt üst-üstə düşmür. Hətta burada dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt kimi ciddi nöqsanlara yol verilib.
Musa Ələkbərovun iddia edir ki, əvvəlki müəlliflər faktın səhv olduğunu bilə-bilə onu kütləvi narazılıq olmasın deyə dəyişmirdi. Məhz bu səbəbdən də dərsliklər illərdir səhv tarixlə çap olunurdu.
Musa Ələkbərov qəbul imtahanında X sinif "Azərbaycan tarixi"ndə əks olunan faktların əsas götürüləcəyini deyir.
Təhsil Nazirliyindən verilən məlumata görə, dərsliklər müəlliflərin ixtiyarına verilib. Bu məsələ ilə bağlı söz haqqı da onlara məxsusdur.