Daxili İşlər Nazirliyi fevralın 8-dən 9-dək daxili işlər orqanlarında
qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.