Modern.az

İrandan İsrailə XƏBƏRDARLIQ - Zərbələr cəzasız qalmayacaq

İrandan İsrailə XƏBƏRDARLIQ - Zərbələr cəzasız qalmayacaq

Aktual

11 Fevral 2018, 16:35

Cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.

 

"Suriya milləti bu dəfə sübut etdi ki, o, təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı", - deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.

 

Fevralın 10-da İsrail Suriyadan ölkənin hava məkanına daxil olan İranın pilotsuz uçan aparatını vurub. Suriya hadisədən sonra hava hücumundan müdafiə sistemini işə salıb və nəticədə İsrail Hərbi Hava Qüvvələrinin ən azı bir təyyarəsi vurulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı