Modern.az

Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

Putin təyyarə qəzası ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb

Aktual

11 Fevral 2018, 17:57

Rusiya prezidenti Vladimir Putin hökumətə Аn-148 sərnişin təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov bildirib. D.Peskov qəzada qohumlarını və yaxınlarını itirənlərə Rusiya prezidentinin başsağlığını çatdırıb.


Fevralın 11-də Moskvanın "Domodedovo" hava limanından qalxan təyyarə 2 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Təyyarənin göyərtəsindəki 71 nəfərin hamısı həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...