Modern.az

Azərbaycan Mərkəzi Bankı növbəti hərrac keçirəcək

Azərbaycan Mərkəzi Bankı növbəti hərrac keçirəcək

Aktual

21 Fevral 2018, 00:44

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bakı Fond Birjasından Modern.az-a verilən məlumata görə, hərraca çıxarılan notların həcmi 250 milyon manatdır. Bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar martın 21-də ödəniləcək.

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

 

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!