Modern.az

“Beşiktaş” darmadağın oldu

“Beşiktaş” darmadağın oldu

Aktual

21 Fevral 2018, 09:41

Çempionlar Liqasının 1/8 finalının ilk oyunları davam edir.

Modern.az xəbər verir ki, ötən gecə daha iki görüş keçirilib.

Almaniyada “Bavariya” Türkiyənin “Beşiktaş” klubunu qəbul edib. Matçın əvvəlində 10 nəfərlə qalan türk klubu sonra qapısında ard-arda qollar görüb. 

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri isə Londonda keçirilib. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edib. London klubu hesabı açsa da, sərfəli nəticəni qoruya bilməyib.


20 fevral

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

"Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0
Qollar: 
Müller, 43, Koman, 53, Müller, 66, Levandovski, 79; 88
Qırmızı vərəqə: Vida, 16 ("Beşiktaş")

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1 
Qollar: 
Villian, 62 (1:0), Messi, 75 (1:1)

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı