Modern.az

Bakıda beşmərtəbəli binanın damına çıxan kişi intihar etmək istədi  

Bakıda beşmərtəbəli binanın damına çıxan kişi intihar etmək istədi  

Aktual

29 Aprel 2018, 11:54

İntihar etmək istəyən kişi özünəqəsd etmək fikrindən daşınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
 

Qeyd olunub ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?