Modern.az

Tovuzda avtomobil kanala aşıb, yaralılar var

Tovuzda avtomobil kanala aşıb, yaralılar var

Hadisə

Bu gün, 00:26

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu