Modern.az

ABŞ bu ölkədəki diplomatlarını təxliyə edir

ABŞ bu ölkədəki diplomatlarını təxliyə edir

Dünya

Bu gün, 00:48

ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.

Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib. Vətəndaşlara krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.

Həmçinin amerikalılara raket və dron hücumlarının, eləcə də onların düşdüyü ərazilərin foto və videolarını çəkməyin və yaymağın qadağan olduğu xatırladılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu