Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkti məhdudlaşdırılıb.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
M.Ağayev əvvəlcədən də məlumat verildiyi kimi, bunun təmir işlərilə bağlı olduğunu bildirib:
“Hazırda Heydər Əliyev prospektinin metronun "Koroğlu" stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almanızı xahş edirik”.
Onun sözlərinə görə, yolda hərəkət axşam saatlarında bərpa ediləcək.