Modern.az

Dostuna hirslənib özünü relslərin üstünə atdı – Bakıda

Dostuna hirslənib özünü relslərin üstünə atdı – Bakıda

Aktual

30 Aprel 2018, 14:21

Metronun “Gənclik” stansiyasında daha bir nəfər özünü qatar relslərinin üzərinə atıb.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayevin sözlərinə görə, hadisə saat 13:45-də qeydə alınıb:

“Bakı şəhər sakini Züfüqarov Elvin Əli oğlu yanındakı dostu ilə mübahisə edib. Bundan sonra relslərin üzərinə atlayıb. Həmin vaxt stansiyada qatar olmayıb”.

Qurum rəsmisi bildirib ki, stansiya və polis əməkdaşları tərəfindən platformaya çıxarılan sərnişni xəsarət almayıb.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?